“Azərbaycan” sözünün etimologiyası çox qədimdir. Ən erkən yazılı mənbə 6 əsrə aid Suriya əlyazması, Karki Debed Seloxun xronikasıdır. Bu xronikada Azərbaycanla bağlı daha erkən mənbəyə - e.ə. 8 əsr mənbəyinə istinad edilir.
“Azərbaycan” sözünün etimologiyası çox qədimdir. Ən erkən yazılı mənbə 6 əsrə aid Suriya əlyazması, Karki Debed Seloxun xronikasıdır. Bu xronikada Azərbaycanla bağlı daha erkən mənbəyə - e.ə. 8 əsr mənbəyinə istinad edilir.
Xronikada deyilir: “.... Arbak möhkəmləndirilmiş divar inşa etdi və bu divarı Midiya imperiyasından olan Abudad onun şərəfinə Adorbayqan adlandırdı”. “Ador Bad Aqan” – “od Allahının qoruduğu yer” deməkdir. Sözün sonralıtransformasiyası məlumdur.
Azərbaycan unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik bölgədir. Hazırda Azərbaycan Respublikasının ərazisi cəmisi 86, 6 min kv.- dir, lakin burada 11 əsas iqlim qurşağından 8-nə rast gəlinir. Məs., isti və quru Abşerona iqlim əsrlər boyu salınan park və bağlar hesabına yaxşılaşır, halbuki təbii landşaft yalnız yazda otla örtülən yarımsəhra tiplidir, min digər bölgələrində çoxlu bulaq vardır. respublikanın digər bölgələrində çoxlu bulaq vardır. Dumduru yerlatı su xüsusi kəhrizlər sistemi vasitəsilə üzə çıxarılır. Alp zonalarında və relikt ağac növlü müşələrdə hətta yayda belə yağışlar yağır. Azərbaycanda geniş çöllər və yüksək sıra dağlar da vardır. Onların zirvəsi alpinistləri, turistləri, bütün təbiət vurğunalarını cəlb edir.
Azərbaycanda çoxlu müalicəvi, mineral və termik bulaqlar, müalicəvi palçıq və neft vardır. Bunlar Quba, Şamaxı–İsmayıllı, Masallı–Lənkəran, Balakən–Zaqatala, Şəki–Qəbələ, Naxçıvan, Gəncəbasar bölgələrində yayılmışdır. Azərbaycanda 12 qoruq, 17 yasaqlıq və 6 milli park vardır. Bunlar respublika ərazisinin 2,4 % -ni təşkil edir və Azərbaycanın bütün əsas iqlim qurşaqlarına aiddir. Bu gün mühafizə olunan təbii zonaların genişləndirilib 10%-ə çatdırılması istiqamətində böyük işlər aparılır.
6 milli park (Şirvan, Hirkan, Altıağac, Abşeron, Ordubad və Ağgöl), 12 təbii qoruq və 2000-dən artıq ağac (yaşı 100-dən 400 ilədək) “Azərbaycanın təbiət abidələri” dövlət siyahısına daxil edilmişdir (2004). Bu sənəd həmçinin 37 geolojı və paleontolojı obyekti, sahəsi 15 000 ha-dan çox endemik və relikt bitkili meşələri əhatə edir. Relikt flora siyahısına çinar (yaşı 100 – 500 il), dzelkua ağacı (yaşı 250 -400 il), püstə ağacı (yaşı 250-400 il), karkas ağacı (yaşı 300-600 il) , həmişəyaşıl şümşad (yaşı 200- 300 il), qara qoz ağacı (yaşı 200-300 il) daxildir.
Paleontologiya obyektli təbiət abidələrinə Azıx mağarası (burada Paleolit dövrünə aid ibtidai insan düşərgəsi aşkar edilmişdir) kimi 6 mağara daxildir. Binəqədi asfalt gölü (təqribən 260 növ relikt flora və fauna qalıqlarından ibarət çox zəngin düşərgə), həmçinin Təngə mərmər dərəsi, Vəlvələ çay üstündəki Afurca şəlaləsi, palçıq vulkanları və s. kimi unikal geolojı əmələgəlmələr mövcuddur.
Siyasi sistem
Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.
Ümumiyyətlə Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.
Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.
Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu
Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılmışdır. Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır.
Tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə özünün "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir.
Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan MR-nın Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əkipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılmış və işğal olunmuşdur.
Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağsatafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir.
Dağlıq Qarabağdan fərqli olaraq keçmiş SSRİ məkanında baş verən etnik münaqişə zonalarının heç birində mövcud sərhədlərdən kənara çıxma və ətraf rayonların işğal edilməsi halları baş verməmişdir. Məsələn, Gürcüstan Respublikasındakı münaqişə zonası olan Abxaziya Muxtar Respublikası özünün köhnə sərhədlərindən kənara çıxmayıb və bir qarış da olsa ətraf ərazilərini zəbt etməyibdir. Bəhs, belə olan halda hansı beynəlxalq qaydalar və qanunlar əsasında həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini, həm də bu vilayətə heç bir aidiyyatı olmayan Azərbaycan rayonlarını: Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan Cəbrayıl, Füzuli və Ağdamı zəbt edib.
İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar idi.
Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını və b. göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdır. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı "Qırmızı Kitab"a daxil edilmişdir.